15.04.2019

Narkomaniyaya ilə bağlı maarifləndirmə tədbirləri davam edir. 

Astara Rayon Polis Şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Astara şəhər 5 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.Tədbirdə Astara RPŞ-nin əməkdaşları Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon veteranlar şurasının sədri Rafiq Əliyev iştirak edib . Çıxış edənlər bildiriblər ki, hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağır problemlərdən biri narkomaniyadır. Ağ ölümün səbəb olduğu dəhşətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizədən danışılıb. Sonra çıxış edənlər polis əməkdaşları tərəfindən məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib , öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.


Açar sözlər: ,  ,  ,