12.04.2019

Astara RTŞ-nin növbəti şura iclası keçirilib.

12 aprel 2019-cu il tarixində M.Ə.Sabir adında Astara şəhər 1 saylı tam orta məktəbində Astara RTŞ-nin növbəti şura iclası keçirilib. Şura iclasında Astara rayon ümumtəhsil müəssisələrinin direktor və müavinləri, ulu öndər Heydər Əliyev 96 illiyi ilə əlaqadar “Ən yaxşı ” təqdimatın qalibi və fəal iştirakçıları, o cümlədən fənn olimpiadasının respublika turuna vəsiqə qazanmış şagirdlər və onların müəllimləri iştirak edib. Şura iclasında Astara RTŞ-nin iş planında nəzərdə tutulmuş məsələlər müzakirə olunub və müvafiq tövsiyələr verilib. Sonda iştirak edən şagirdlər və onların müəllimləri Astara RTŞ-nin müdiri tərəfindən  fəxri fərmanla təlfif olunub.


Açar sözlər: ,  ,  ,