11.04.2019

Azərbaycan Respublikası Təhsil Nazirinin 28.01.2019-cu il tarixli F-51 nömrəli əmrin icrası Astarada uğurla icra olunur.

   11 aprel 2019-cu il tarixində Ərçivan qəsəbə 1 saylı Mədəniyyət Evində Astara Rayon Təhsil Şöbəsinin hazırladığı tədbirlər planıa uyğun “Yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat-təşviqatının təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə Ərçivan qəsəbə ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri, Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Astara Rayon Polis  Şöbəsinin Yol Xidməti bölməsinin rəisi, Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi və qonaqlar iştirak edib. Tədbirdə Astara Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Ərçivan qəsəbə ümumtəhsil məktəb şagirdlərinin hazırladığı səhnəciklər nümayiş etdirilib və maarifləndirici çıxışlar edilib.


Açar sözlər: ,  ,  ,  ,