04.04.2019

Aprel şəhidi yad edilib. 

04 aprel 2019-cu il tarixində Astara rayonun Asxanakəran kənd tam orta məktəbində aprel şəhidi Pəncəli Teymurovun anım tədbiri keçirilib. Tədbirdə Astara RTŞ-nin,15 saylı ƏMHM-in əməkdaşları,ATİAHİ Astara rayon Komitəsi,Astara Qəzeti , rayonun ümumtəhsil müəssisələrinin direktor və müəllimləri iştirak edib. Tədbirdə gizir Pəncəli Teymurovun döyüş yolundan danışılıb.

İllər keçir Pəncəli, Asxanakəran kənd tam orta məktəbini bitirəndən sonra 1999-cu ildə hərbi xidmətə yola düşür və könüllü olaraq N saylı Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat qrupuna yazılaraq Bakıda Gizir məktəbini bitirir. Daha sonra Türkiyənin Xüsusi Kəşfiyyat məktəblərində yüksək səviyyədə təlim keçir. Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurovun öz toyunda özünə arzuladığı arzusu hamını şoka salır.

O, təkcə vətəni üçün deyil, ailəsi üçündə dəyərli ovlad olub. Özündən balaca qardaşı ilə birgə xidmət edir, daha sonra onun ali təhsil almasına köməklik edib.Ölümündən 3 il keçməsinə baxmayaraq o həmişə xalqımızın qəlbində yaşayacaqdır. Allah rəhmət eləsin.


Açar sözlər: ,  ,  ,  ,