02.04.2019

"Narkomaniyaya "yox" deyək"  maarifləndirmə tədbirləri davam edir. 

       29 mart 2019-cu il tarixində Kijəbə qəsəbə tam orta məktəbində "Narkomaniyaya "yox" deyək" mövzusunda tədbir keçirilib. Tədbirdə Astara rayon Polis Şöbəsinin rəisi-polis polkovniki Azər Cahangirov,  Astara rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Astara rayon Ziyalılar Cəmiyyətinin sədri Mircəfər Babazadə, Astara rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Astara rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor, polis baş leytenantı Amal Rzayev, Astara rayon Mərkəzi Xəstaxanasının həkim-narkoloqu Oktay Əmənullayev və Astara RİH Kijəbə qəsəbə inzibati Ərazi üzrə nümayəndəsi Şahin Əmənullay iştirak edib. 
Sonda Astara rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Cahangirov Astarada narkotik maddələrin istifadəsi və dövriyyəsi ilə aparılan geniş mübarizədən söz açıb. Bu işdə hər bir vətəndaşın son dərəcə diqqətli olmasını tövsiyə edib.


Açar sözlər: ,  ,  ,