01.04.2019

Rayonun ümum təhsil müəssisələri arasına hərbi idman oyunları keçirilib.

29 mart 2019-cu il tarixində Rayonun ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi idman oyunlarının rayon birinciliyinin final mərhələsi keçirilib.O.Yəhyayev adına Şiyəkəran kənd 2 saylı tam orta məktəbin komandası I yerə layiq görülərək , 16 aprel 2019-cu il tarixdə Cəlilabad rayonunda keçiriləcək respublika zona birinciliyinə vəsiqə qazanıb. Astara rayonun sərhədyanı məktəbləri arasında 30 mart 2019-cu il tarixində “Sərhəd” hərbi-idman oyunun rayon birinciliyi keçirilib. İdman oyunları Astara N saylı sərhəd dəstəsə komendantlığında keçirilib. İdman oyunlarında Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin komandası I yerə layiq görülərək, respublika zona yarışmasına vəsiqə qazanıb. 


Açar sözlər: ,  ,  ,