15.03.2019

Şahmatda uğurlarımız.

        Ümummimilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika Şahmat Festivalının Salyan rayonunda zona yarışı keçirilib. Həmin zona yarışında Astara rayonun Siyaku kənd tam orta məktəbin şagirdləri iştirak edib. Məktəbin  IV sinif şagirdi Heydərov Hacıhüseyn və III sinif şagirdi Əliyev Vurğun qələbə qazanaraq 2019-cu il may ayında Bakı şəhərində baş tutacaq final mərhələsinə vəsiqə qazanıb.Məktəblilərlə Astara Rayon Təhsil Şöbəsində görüş keçirilib və onlara uğurlar arzu edilib.


Açar sözlər: ,  ,  ,