07.03.2019

Astara RTŞ-nin növbəti təhsilyanı şura iclası keçirilib.

           07 mart 2019-cu il tarixində Astara şəhər 2 saylı tam orta məktəbində Astara Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şurası keçeirilib. Şura iclasında rayonun bütün ümumtəhsil müəssisələrinin direktor və direktor müavinləri, Astara RTŞ-nin məsul işçiləri iştirak ediblər. Şura iclasında Astara Təhsil Şöbəsinin  müdiri Rəşad Həsənov bütün qadın müəllimləri 8 mart – Qadınlar günü münasibəti ilə təbrik edib. 02 mart 2019-cu il tarixində Təhsil Nazirliyində keçirilən  müşavirədə Ceyhun Bayramov cənablarının təhsillə bağlı söylədiyi fikirlər məktəb rəhbərlərinin nəzərinə çatdırılıb.Həmçinin 10 mart 2019-cu il tarixində IX sinif şagirdlərinin buraxılış imtahanlarının I mərhələsi keçirilməsinə hazırlıqla bağlı tapşırıqlar verilib.


Açar sözlər: ,  ,  ,