21.01.2019

Məktəblilərimizin uğurları.

Gömrükçü İdman Klubun İdman Sağlamlıq Mərkəzi tərəfindən Bakı şəhərində 20 Yanvar şəhidlərinə həsr olunmuş “Açıq boks birinciliyi” keçirilib. Yarış 2019-cu ilin yanvarın 19-dan yanvarın 20-nə kimi davam edib.Həmin idman yarışında Cənub Astara İdman Klubu da iştirak edib. Klubun baş məşqçisi Bəşirov Elnur Elman oğlunun rəhbərliyi ilə rayonun Kakalos kənd tam orta və Şiyəkəran kənd 1 saylı tam orta məktəbin II,IV və VII sinif şagirdləri I və II yerə layiq görülərək təltif olunublar.