08.11.2018

Dövlət Bayrağı günü münasibətilə möhtəşəm tədbir keçirilib

8 noyabr 2018-ci il tarixdə Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Astara şəhərinin dənizkənarı Park-bulvar Kompleksində 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.Rayon ictimaiyyətinin də iştirak etdiyi tədbirə yığışanlar Park-bulvar Kompleksinin girişindən bayraq yürüşünə başlamış,Dövlət Bayrağının ucaldığı meydana toplaşmışlar. Tədbir məktəblilərin şeir və səhnəcikləri ilə davam edib.


Açar sözlər: ,  ,  ,