03.11.2018

Şəhidin anım günü keçirilib

03 noyabr 2018-ci il tarixdə rayonun Toradi kəndində yaşamış, 2008-ci il 03 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Əliyev Çinar Mühəddin oğlunun anım günü tədbiri keçirilib. Tədbirdə rayon Təhsil Şöbəsinin əməkdaşları, bir sıra ümumtəhsil məktəblərinin rəhbər və müəllimləri iştirak ediblər. Şəhidin döyüş yolu haqqında maraqlı məlumatlar, şeirlər səsləndirilib. Həmin ərazidə uyuyan aprel şəhidi Pəncəli Teymurovun ailəsi, anun adını daşıyan muzey ziyarət olunub.


Açar sözlər: ,  ,  ,