08.05.2018

“Şuşasız 26 il”

    M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbdə 08 may 2018 - ci il tarixdə Şuşanın işğal olunmasının 26 - cı il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru şagirdlərə Şuşanın işğal olunması haqqında məlumat verdikdən sonra Vətən torpağı uğrunda canlarından keçib şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin tarix müəllimi  “Şuşasız 26 il” adlı məruzə ilə çıxış edib. Müəllimlər şagirdlərə dərslərini yaxşı oxumaqla və əsl vətəndaş kimi yetişməklə  işğal altında olan torpaqlarımızın geri qaytarılmasına nail ola biləcəyini vurğulayıblar. Sonda “Şuşanın işğalı” adlı sənədli film nümayiş olunub.


Açar sözlər: ,  ,  ,