12.02.2018

Keyfiyyət ili ilə bağlı Pedaqoji mühazirələr dinlənilmişdir.

            08 fevral 2018-ci il tarixdə “Ümumtəhsildə keyfiyyət ili” ilə bağlı Şəhər 1 nömrəli tam orta məktəbdə  pedaqoji mühazirələr dinlənilmişdir.Təqdim olunmuş 100-ə yaxın pedaqoji mühazirənin dinlənilməsi,7 bölmə üzrə rəhbər və münsiflər heyəti tərəfindən təşkil olunmuşdur.Təqdim olunmuş mühazirələrdən  5-i rayon turunun final mərhələsinə vəsiqə qazanmışdır.

            12 fevral 2018-ci il tarixdə Şəhər 2 nömrəli tam orta məktəbində təşkil olunmuş final mərhələsində 5 pedaqoji mühazirə,rayon təhsil şöbəsinin əməkdaşları və məktəb rəhbərləri tərəfindən dinlənildikdən sonra 2 pedaqoji mühazirə seçilmişdir.Seçilmiş mühazirələr respublika mərhələsinə təqdim olunacaqdır.