01.02.2018

Modul tipli məktəblərin quraşdırılması davam edir.

01 fevral 2018-ci il tarixində Astara rayonunun Bala Şahağac kənd ümumi orta məktəbi üçün quraşdırılmış 96 şagird yerlik modul tipli məktəbin  açılışı olmuşdur. Açılışda Astara rayon İcra Hakimiyyətinin  başçısı Qəzənfər Ağayev, rayon İcra Hakimiyyətinin, 15 saylı Ərazi Maliyyə Mərkəzinin,  Asatara rayon Təhsil Şöbəsinin əməkdaşları, Bala Şahağac kənd ümumi orta məktəbin pedaqoji kollektivi və ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Astara rayon İcra Hakimiyyətinin  başçısı Qəzənfər Ağayev toplantı iştirakçılarını yeni tədris binasının açılışı münasibəti ilə təbrik etmişdir.