19.01.2018

"20 yanvar " Xalqımızın Qəhrəmanlıq Salnaməsidir.

19.01.2018-ci il tarixində Z.Bünyadov adına Astara şəhər 2 nömrəli tam orta məktəbində  “20 Yanvar - Azərbaycanın Suverenliyi İstiqlaliyyəti və Ərazi Bütövlüyü uğrunda mübarizənin rəmzi” adlı ədəbi-bədii  tədbir keçirilmişdir. Keçirilən tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə şagirdlərə geniş məlumat vermişlər. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunmuşdur. Sonra məktəbin  şagirdləri  20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.


Açar sözlər: ,  ,