19.01.2018

"20 yanvar - Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi "

20 yanvar faciəsinin  iyirmi səkkizinci ildönümünün  keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin  əmrinin icrası ilə əlqaqədar Astara Rayon Təhsil Şöbəsinin tədbirlər planına əsasən M.Ə.Sabir adına şəhər 1 nömrəli tam orta məktəbində də tədbirlər planı hazırlanmış və yanvar ayı ərzində həyata keçirilmişdir.
           Məktəbdə "20 yanvar " hadisələrinin 28 -ci il dönümünün keçirilməsi ilə əlaqədar inşa,rəsm müsabiqəsi,siniflərdə açıq dərslər keçirilmişdir.
           19 yanvar ilk dərs məşğələləri  "20 yanvar - Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi " adı ilə keçirilmiş, dərsdən sonra ədəbi - bədii gecə təşkil olunmuşdur.
            Şagirdlər tərəfindən hazırlanmış ədəbi - bədii kompazisiya nümayiş olunmuş,. "20 yanvar " hadisələrindən bəhs edən məruzələr eşidilmişdir.
            Tədbirin sonunda gələn qonaqlar şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.


Açar sözlər: ,  ,  ,