19.01.2018

20 yanvar faciəsi ilə əlaqədar ümumi təhsil müəssisələrində silsilə tədbirlər.

20 yanvar  faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Astara rayon ümumtəhsil  məktəblərində  tədbirlər keçirilmişdir. İlk olaraq  Xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə məruzələr dinlənilmiş, eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs edilmişdir.


Açar sözlər: ,  ,  ,