08.09.2017

Astara rayon təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.

08 sentyabr 2017-ci il tarixdə Astara rayon təhsil işçilərinin ənənəvi sentyabr  konfransı keçirilmişdir. Konfransdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev, Astara rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverən Mahmudov və dəvət olunan qonaqlar iştirak etmişlər.

Konfransı giriş sözü ilə Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini  Allahverən Mahmudov konfras iştirakçılarına rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təbrik məktubunu oxumuşdur.

Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın   “2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə 2016-2017-ci ilə rayon ümumtəhsil məktəblərinin və məktəbdəkənar tədris  müəssisələrini bir illik fəaliyyətinin təhlili əhatəli  şəkildə verilmişdir. Q.Məmmədova çıxışında qeyd etmişdir ki, rayonun ümumtəhsil məktəblərinin  məzunlarından 243 nəfəri respublikanın ali təhsil müəssisələrinə daxil olmuşdur. Onlardan 31 nəfəri 500-dən, 9 nəfəri isə 600-dən çox bal toplamışdır. Keçən tədris ilində rayonun bir müəllimi “Əməkdar müəllim”, rayon Uşaq-Gənclər İdman məktəbinin bir müəllimi “Respublikanın əməkdar məşqçisi” adına layiq görülmüşdür. Sonra məruzə ətrafında  çıxışlar edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev çıxış edərək təhsil işçılərini  yeni tədris ili münasibəti ilə təbrik etmiş, onlara tövsiyyələrini vermişdir.

2016-2017-ci tədris ilində rayonun ictimai-siyasi həyatında  və pedaqoji fəaliyyətində fərqlənən bir qrup müəllimlər rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin “Fəxri-Fərman”ı ilə təltif edilmişlər.

Sonda konfransın qərar layihəsi oxunmuş və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət oxunmuşdur.

Konfras işini 09 sentyabr 2017-ci il tarixdə bölmə iclaslarında davam etdirəcəkdir.