24.08.2017

Tələbə adını qazanmış  məzunlarla  görüş keçirilmişdir

            24 avqust 2017-ci il tarixdə tələbə adını qazanmış məzunların bir qrupu ilə   Astara rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova çıxış edərək bildirmişdir ki,  rayonun ümumtəhsil məktəblərinin məzunlarından 233 nəfəri tələbə adını qazanmışdır. Onlardan 31 nəfəri 500-dən, o cümlədən  9 nəfəri  600-dən çox bal toplamışdır. Rayon üzrə Allahverdiyev Nicat Qədir oğlu ən yüksək - 675 bal toplayaraq  Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi”  fakültəsinə daxil olmuşdur.

             Sonra qəbul imtahanlarında  yüksək bal toplamış məzunlar və onların valideynlər çıxış edərək müəllimlərinə, rayon rəhbərlərinə öz minnətdarlıqlarını və təşəkkürünü bildirmişlər.

            Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev  məzunları təbrik etmişdir.

 Məzunlara rayon İcra Hakimiyyətinin başçısının “Fəxri Fərman”ı, mükafatı və  hədiyyələri təqdim edilmişdir. 

Sonda rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev  məzunlarla xatirə şəki çəkdirmişdir.


Açar sözlər: ,  ,